AZ

“Axı özün dedin ki, Qarabağ Azərbaycandır, bizdən niyə inciyirsən?!” – Lukaşenkodan Paşinyana TƏRS ŞİLLƏ

"Son illər Qarabağda baş verən hadisələrə görə günahı yalnız Ermənistan rəhbərliyi daşıyır".

Modern.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə deyib.
 

“Qarabağda baş verənlər təkcə Ermənistan rəhbərliyinin günahıdır. Mən Ermənistan hakimiyyətinə şəxsən xəbərdarlıq etmişdim: o əraziləri Azərbaycana verin! Üstəlik, Ermənistan hakimiyyəti etiraf edirdi ki, oralar Azərbaycan torpaqlarıdır. Bu etirafla yanaşı, Ermənistan hakimiyyəti həm də “amma biz təslim olmayacağıq – mübarizə aparacağıq”,- deyirdi”.

Belarus prezidenti qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.

"Mən Putinə müraciət etdim və biz ikilikdə Paşinyandan xahiş etdik ki, bu problemi həll etsin”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan “xeyr, biz döyüşəcəyik”,- deyə Rusiya və Belarus prezidentlərinə cavab verib.

“Döyüşdülər. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz? Axı Paşinyan, sən özün qəbul etdin ki, Qarabağ Azərbaycan ərazisidir”, - deyə Lukaşenko vurğulayıb.

“İndi kimə əsəbiləşək? Sənin dilini kim çəkdi? Yenə də deyirəm ki, cənubdakı bizim “dostumuz”a oxşayır. Özünə sahib ol, sən qədim ölkəyə rəhbərlik edirsən. Amma görürsən, o, Qərbə, Avropa İttifaqına getmək istəyir”, - Lukaşenko Nikol Paşinyan haqqında danışarkən bildirib.


Onun sözlərinə görə, Qarabağ müharibəsini uduzan Ermənistan rəhbərliyinin “ilk hücumları” Belarusa olub.

“Aydındır ki, o, bizi hədəfə almışdı, amma Rusiyaya yaxınlaşmağa çalışırdı. Biz Putinlə bunu çox yaxşı görürür və başa düşürdük. Mən Putinə dedim ki, o da mənə dedi ki, münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Erməni xalqı düşünməsin ki, biz onlara qarşıyıq və gördüyünüz kimi, heç bir reaksiya vermədik”, - deyə Belarus prezidenti bildirib.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
modern.az

2Mənbələr