AZ

Rodri çempionluq yarışındakı rəqiblərini açıqladı

“Mançester Siti”nin futbolçusu Rodri Premyer Liqada çempionluq yarışındakı əsas rəqiblərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, ESPN-ə danışan yarımmüdafiəçi “Liverpul”u fərqləndirib:

“Liverpul”un çox güclü olduğunu bilirəm. Lakin onların Yurgen Kloppun gedişindən sonra necə olacağını bilmirdim. Amma sanki heç nə olmayıb və komanda olduğu yerdən davam edir.

“Arsenal” da son iki ildə bizə əsas rəqiblərdən oldu. Onların da necə olacağını görəcəyik. Çünki ardıcıl üç mövsüm eyni səviyyədə oynamaq asan deyil. Düşünürəm ki, “Arsenal” və “Liverpul”un ən böyük rəqibimiz olacaq”.

“Mançester Siti” 3 turdan sonra 9 xalla liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
futbolpress.az

1Mənbələr