AZ

Tramp: “Kamala Harrislə bir daha görüşməyəcəyəm”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə canlı yayımda keçirilən debatda qalib gəldiyini və ikinci debatda iştirakdan imtina etdiyini bildirib. 

Tramp Harrisi “radikal solçu” adlandırıb və ABŞ-nin hazırkı administrasiyasını sərt tənqid edib. 

“Cebheinfo.az” xəbər verir ki, Donald Tramp öz sosial media platformasında mesaj yayımlayaraq Harrislə debatda qalib gəldiyini iddia edib. Tramp mesajında Harrisi "radikal solun nümayəndəsi" olaraq xarakterizə edib və mübahisədə ona qarşı böyük qələbə qazandığını iddia edib. O, "Bir boksçu döyüşü uduzduqda, dediyi ilk şey revanş matçı istədiyidir. Kamala Harris də eyni şeyi etdi.

Ancaq sorğular göstərir ki, mən çərşənbə axşamı gecəsi Demokratlar Partiyasının namizədi üzərində aşkar qələbə qazanmışam”,- deyib. 

Tramp ABŞ Prezidenti Cozef Bayden və onun köməkçisi Harrisi ölkənin iqtisadi vəziyyəti və immiqrasiya siyasətlərinə görə tənqid edib. Xüsusilə inflyasiya və immiqrasiya siyasəti mövzusunda sərt ifadələr işlədən Tramp deyib:

"Bayden və Harris administrasiyası milyonlarla cinayətkarın və əqli cəhətdən qeyri-sabit insanın ABŞ-yə girməsinə səbəb olub. 

İnflyasiya orta təbəqəmizi iflasa uğratdı. Bu faktlar debatlarda ətraflı müzakirə olundu və Harris diqqətini etməli olduğu işə yönəltməlidir”. 

Tramp, həmçinin Harrisin “Fox News” kanalındakı debat proqramına qatılmadığını, NBC və CBS kanallarında edilən debat dəvətlərini rədd etdiyini vurğulayaraq, "Kamala öz işinə diqqət etməlidir. 

Üçüncü debat olmayacaq",- deyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
cebheinfo.az

1Mənbələr