"Beşiktaş" transfer dövrünün sona çatmasına saatlar qalmış, məşhur futbolçunu heyətinə qatmaq üçün çalışır.

Offsideplus.az xəbər verir ki, söhbət Sadio Manedən gedir. Rəhbərlik, imkan olarsa, bu transferi gecə yarısına qədər tamamlamağı planlaşdırır.

"Beşiktaş"ın transferdə Demba Ba faktorundan istifadə etməyi planlaşdırdığı bildirilib. Klub rəhbərliyi Manenin həmyerlisi Demba Banın bu transferdə kömək edə biləcəyinə inanır.

2023-cü ildə "Bavariya"dan 30 milyon avroya "Əl-Nəsr"ə keçən ulduz futbolçu Super Liqa nəhənginə hələ cavab verməyib.