AZ

200 metrlik meqa sunami meydana gəlib

2023-cü ilin sentyabrında bütün dünyada sensorlar tərəfindən qeydə alınan seysmik siqnal bir müddət sirr olaraq qaldı. Araşdırmada izlər Atlantik okeanının şimalında yerləşən Qrenlandiyaya işarə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Dickson Fjordunda baş verən böyük sürüşmə doqquz gün ərzində "Yer kürəsini silkələyən" dalğaya səbəb olub. 1200 metr hündürlükdə olan dağın zirvəsi yamacda əriyən buzlaqın artıq yük daşıya bilməməsi nəticəsində çöküb. O qədər böyük bir kütlə yerdəyişib ki, 200 metr yüksəklikdə dalğa işə düşüb. Bu meqa sunami dar fyorda ilişib və irəli-geri gedib və uzun müddət sirr olaraq qalan zəlzələyə səbəb olub.
Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Qrenlandiya dağlarını dəstəkləyən buzlaqların əriməsi oxşar sürüşmələrin daha tez-tez baş verməsinə səbəb olub. Doqquz gün davam edən seysmik sirri Danimarka Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edən beynəlxalq alimlər qrupu həll edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
sia.az

1Mənbələr