“iOS 18” tezliklə buraxılacaq və “Apple”, yeniləməyi planlaşdırmayan istifadəçilərə “iOS 17″də qalmaq seçimini təklif edəcək.

İndex.az xəbər verir ki, tərtibatçılar “iOS 18” üçün yenilənmiş tətbiqlərini “Apple”ə göndərərkən, “Netflix” tezliklə dəstəyi dayandıracaq “iPhone” modellərini açıqladı.

Aşağıdakı cihazlar “Netflix” yeniləmələrini qəbul etməyəcək:

iPhone‌ 8
iPhone‌ 8 Plus
iPhone
‌iPad Pro‌ (1-ci nəsil)
‌iPad‌ (5-ci nəsil)

“Netflix” artıq “iOS 17” yeniləməsini almayan cihazları dəstəkləməyəcək. Bu o deməkdir ki, “iOS 16″da qalan “iPhone X”, “iPhone 8” və “iPhone 8 Plus” artıq yeni funksiyalar və xətaları aradan qaldıran “Netflix” proqram yeniləmələrini qəbul etməyəcək. Eyni şey “iPadOS 17″ni quraşdıra bilməyən cihazlardan olan “iPad Pro 1-ci nəsil” və “iPad 5-ci nəsil”lərə də aiddir.

Bu cihazların istifadəçiləri “Netflix” tətbiqi dayandırılana qədər onun cari versiyasından istifadə etməyə davam edə biləcəklər.