AZ

Aİ-nin sanksiyaları Slovakiyaya 3,9 milyard dollardan çox ziyan vurub

Müəllif:Ayşən İmanova/Banco.az

Slovakiya 2022-ci ildən bəri ölkə iqtisadiyyatına mənfi təsir göstərən Aİ-nin anti-Rusiya sanksiyaları səbəbindən 3,9 milyard dollardan çox itirib.

Banco.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Bratislavadakı ticarət nümayəndəsi Sergey Stupar deyib.

O qeyd edib ki, 2018-2021-ci illərdə Slovakiyanın Rusiyaya ixracı ildə təxminən 2 milyard dollar təşkil edib. Halbuki 2022-ci ildə 670 milyon dollara, 2023-cü ildə 400 milyon dollara düşüb, bu ilin ilk altı ayında isə cəmi 117 milyon dollar olub.

Stupar ən böyük zərərin Rusiya xammalı və tranzitindən asılı olan şirkətlərə dəydiyini vurğulayıb.

O, həmçinin əlavə edib ki, Rusiyadan filiz, şlak, prokat və digər məhsulların idxalının azaldılmasını nəzərə alsaq, itkilər xeyli yüksək ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
banco.az

1Mənbələr