AZ

Rusiya Müdafiə Nazirliyi: NATO Ukraynaya qoşun göndərməyi planlaşdırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, NATO ölkələri, Rusiyanı Kiyevin "sülh formulu" üzrə danışıqlara məcbur etmək üçün Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırırlar. Bu barədə Syanşan forumunda Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bəyan edib.

Fominin sözlərinə görə, Şimali Atlantika alyansının bu "təhlükəli oyunu" nüvə dövlətləri arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. O, həmçinin Vaşinqtonun yeni nüvə doktrinası üzərində işlədiyini, bunun nəticəsində nüvə silahından istifadə həddinin aşağı salına biləcəyini vurğulayıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlarla Rusiyanın ərazilərinə zərbələr endirməyə icazə verəcəyi təqdirdə, bu addımın onların münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
olaylar.az

1Mənbələr