AZ

Tələbələrə “onlayn” formada təhsillə bağlı xəbərdarlıq EDİLDİ

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdətəhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi vəəyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xariciölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sondadiplomların tanınacağı vədi verilir.

Trend xəbərverir ki, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyivətəndaşların diqqətinə çatdırır ki, tanınma (xarici dövlətlərinali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasınınərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan RespublikasıPrezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanıilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aidkvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar)əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydadaəyani və qiyabi təhsilalma formasında əldə olunmuşkvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili,bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistraturasəviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hərbir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuştəhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkəninərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilinnormativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat(əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğunkvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdəikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldəolunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativmüddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldəolunması) tələb olunur.

Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailəüzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
49
az.trend.az

10Mənbələr