AZ

Ronaldonun izləyici sayı 1 milyardı ötdü

Portuqaliya millisi və “Əl Nəsr” klubunun hücumçusu Kristiano Ronaldonun sosial şəbəkələrdə izləyici sayı 1 milyardı ötüb.

Axar.az xəbər verir ki, bu barədə futbolçu özünün İnstaqram səhifəsində məlumat yayıb.

Ronaldo qeyd edib ki, onun İnstaqram səhifəsində 639 milyondan çox, Feysbukda 170 milyondan çox, X-da 113 milyondan çox, Yutubda 60.5 milyon, Kuayşuda 9.3 milyondan çox, Veyboda 7.5 milyondan çox izləyicisi var.

“Biz tarixə düşdük – 1 milyard izləyici. Bu, sadəcə bir rəqəmdən daha çox şeydir. Bu, oyuna və onun hüdudlarından kənara bizim ümumi ehtirasımızın, sevgimizin sübutudur. Madeyra küçələrindən tutmuş dünyanın ən böyük səhnələrinə qədər mən həmişə ailəm və sizin üçün oynamışam və indi birlikdə bir milyardıq” , - Ronaldo bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
axar.az

5Mənbələr