AZ

X-in San-Fransiskodakı məşhur baş ofisi qapadılır

Sosial şəbəkə X-in (əvvəlki adı ilə Twitter) baş qərargahı San-Fransiskodan Texas ştatının Ostin şəhərinə köçürüləcək. Bu qərar gender qanunlarına dair yerli tələblərlə əlaqədar verilib. Şirkət işçiləri avqust ayının sonunda ofisin iki həftə ərzində bağlanacağı barədə xəbərdarlıq alıblar.

Fins.az xəbər verir ki,  2012-ci ildən bəri San-Fransiskonun mərkəzində yerləşən art-deko üslublu binada fəaliyyət göstərən şirkət, əvvəllər müxtəlif vaxtlarda 43 mindən 65 min kvadratmetrə qədər sahəni icarəyə götürmüşdü. Mask iyul ayında qərargahı Ostinə köçürməyi planlaşdırdığını açıqlamışdı. Eyni zamanda, SpaceX-in də Texasda yerləşən istehsal və tədqiqat obyektləri ilə yanaşı, Starbase adlı start meydançasının olması ilə əlaqədar qərargahının oraya köçürülməsi gözlənilir.

Bu dəyişikliklər şirkətin uzunmüddətli strategiyasında yeni mərhələyə keçid kimi qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
fins.az

1Mənbələr