AZ

MPL: "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında milli komandaların oyunlarına görə yaranan 11-12 günlük fasilə bu gün başa çatır.

Fanat.Az
xəbər verir ki, çempionatın 6-cı turu bu gün baş tutacaq bir oyunla start götürəcək.

"Araz-Naxçıvan"la "Kəpəz" Mərdəkanda münasibətlərinə aydınlıq gətirəcəklər. Gəncəliləri matça yeni baş məşqçi çıxaracaq. Azər Bağırovun "Kəpəz"də debütü sabiq komandasına qarşı olacaq. Belə ki, onun sonuncu iş yeri məhz ötən mövsümün gedişində tərk etdiyi "Araz-Naxçıvan" olub.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Misli Premyer Liqası
6-cı tur
13 sentyabr


19:30. “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov, Namiq Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mərdəkan. “Liv Bona Dea Arena”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
fanat.az

8Mənbələr