AZ

Cənub bölgəsindən olan bu məşqçi-müəllimlər təltif edildi

Sentyabrın 12-də Gənclər və İdman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.Asiya.az xəbər verir ki, İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" adlarına layiq görülmüş idman mütəxəssislərinə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.Onların sırasında regionumuzun məşqçi-müəllimləri Fəzail Əbilov, Təhmasib İsayev və Ramal Əsgərov da yer alıb.Tədbirdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
asiya.az

1Mənbələr