AZ

Teleqram istintaqla əməkdaşlığa başlayıb

Teleqramın yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra messencer istintaqla əməkdaşlığa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın “Liberation” qəzetinin məlumatında deyilir.

Qeyd olunub ki, Durovun həbsindən sonra teleqram hüquqi müraciətlərə cavab verməyə başlayıb.

Bildirilib ki, söhbət Fransa polisinin yetkinlik yaşına çatmayanlarla iş üzrə departamentinin və jandarmının bir neçə cinayət araşdırmasında verdiyi sorğulardan gedir.

Nəşrin məlumatına görə, messencer uşaqlara qarşı cinayətlərdə bəzi şübhəli şəxslərin müəyyənləşdirilməsinə kömək göstərə biləcək məlumatlar təqdim edib.

Belçikanın federal prokurorluğu “Liberation” nəşrinə bir müddət əvvəl teleqramın öz mövqeyini dəyişərək ədliyyə sistemi ilə əməkdaşlığa başladığını təsdiqləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
qafqazinfo.az

1Mənbələr