AZ

“Avroviziya”nın rus versiyası hansı tarixdə başlayacaq?

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Avroviziya"nın analoquna çevrilməsi nəzərdə tutulan “İntervision” beynəlxalq müsabiqəsinin nə vaxt keçiriləcəyini açıqlayıb.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, tədbir 2025-ci ilin sentyabr ayına planlaşdırılıb.

"İntervision" müsabiqəsi 2025-ci ildə, sentyabr ayında baş tutacaq. Hazırda aktiv hazırlıq işləri aparılır. Əminəm ki, biz çox maraqlı layihə alacağıq, artıq 20-yə yaxın ölkə orada iştirak etməyə hazırdır və maraqlananların sayı artır", - Şvıdkoy bildirib.

Daha əvvəl müsabiqənin Moskvada keçiriləcəyi məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
axar.az

2Mənbələr