AZ

Gürcülər öz ölkələrindən istifadə etməyə icazə verməyəcəklər – Kaladze

Gürcüstan sakinləri heç kimə Ukraynada olduğu kimi öz ölkələrindən başqalarının maraqlarını həyata keçirmək üçün istifadə etməyə imkan verməyəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bunu Tbilisi meri, hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib

Onun fikrincə, gürcülər ağıllı insanlardır və bugünkü reallığı həqiqətən də görürlər.

Kaladze vurğulayıb ki, ölkəni sevən və sülhü qorumaq istəyən vətəndaşlar heç kimə Gürcüstandan başqasının maraqları üçün istifadə etmək imkanı və hüququ verməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
nocomment.az

10Mənbələr