AZ

Şahmat milli komandalarımızdan Olimpiadada növbəti QƏLƏBƏ

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.

Bizim.Media xəbər verir ki, kişilərdən ibarət yığma 2-ci turda Finlandiyanı məğlub edib – 3,5:0,5.
Toyvo Keynanen– Aydın Süleymanlı - 0,5:0,5

Vilka Spila – Nicat Abasov - 0:1

Mikael Aqopov – Rauf Məmmədov - 0:1

Henri Ladelma – Məhəmməd Muradlı - 0:1

Qadınlardan ibarət yığma isə 2-ci turda Avstraliyanı məğlub edib – 3:1.

Yuliya Rıjanova – Günay Məmmədzadə - 0:1

Jilin Janq – Gövhər Beydullayeva - 0,5:0,5

Tu Nquen – Xanım Balacayeva - 0:1

Jiayan Şen – Gülnar Məmmədova - 0,5:0,5

Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib.

Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib – 4:0.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
21
bizim.media

10Mənbələr