AZ

TuranBank ASC işçi axtarır - VAKANSİYA

TuranBank ASC

Əməliyyat Riskləri Üzrə Mütəxəssis

Son tarix 12 okt 2024 - [email protected]

Vakansiya: Risklərin İdarə Edilməsi Departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Baki şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • İngilis Rus dil bilikləri əlavə üstünlükdür;
  • Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İşin təsviri:

  • Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
  • Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
  • Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
  • İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
  • Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
  • RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
  • Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
  • Risk iştahının hazırlanmasında iştirak etmək;
  • Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
fed.az

2Mənbələr