AZ

"Özsüt Azərbaycan" işçi axtarır - VAKANSİYA

Özsüt Azərbaycan

HR Menecer

Son tarix 12 okt 2024 - [email protected]

Vakansiya: İnsan resursları üzrə menecer
İş yeri: Baki
İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:30- 18:00)
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibədə müəyyən olunacaq
Nahar: Şirkət tərəfindən verilir

Vəzifə öhdəlikləri:

  • HR strategiyasının hazırlanması,izlənməsi və inkişaf etdirilməsi;
  • Şirkətin vakansiya ehtiyaclarının analiz edilməsi və işə qəbul proseslərinin operativ icra edilməsi;
  • İşə qəbul kanallarının genişləndirilməsi və dövlət müəssisələri ilə əməkdaşlıqların icra edilməsi;
  • Şirkətin ehtiyat işçi bazasının formalaşdırılması;
  • Təşkilati strukturun biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
  • Şirkət üzrə performans idarəetmə sisteminin tətbiqinin təmin edilməsi;
  • Şirkət üzrə əməkdaşların təlim-inkişaf sisteminin tətbiqinin təmin edilməsi və inkişaf ehtiyaclarına uyğun təlimlərin təşkil edilməsi;
  • İnsan Resursları fəaliyyətinə dair hesabatların tərtib edilməsi və məlumatların yenilənməsinin icra edilməsi;
  • Vəzifə təlimatlarının dövrü olaraq aktuallığının yoxlanılması və təmin edilməsi;
  • Şirkətin nizam-intizam proseslərinin icrasının təmin edilməsi;
  • Şirkətin İnsan Resursları siyasətinin qorunması və fəaliyyətin təmin olunması;
  • İnsan Resursları üzrə müxtəlif hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:
Təhsil: Ali (İqtisadiyyat, Menecment, İnsan Resursları və s.)

  • İnsan Resurslarının idarə olunması üzrə min 3-5 il iş təcrübəsi 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini əla səviyyədə bilməsi
  • İş fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək
  • Məsuliyyətli, obyektiv və etibarlı
  • Məxfilik və gizlilik prinsiplərini saxlamaq
  • İşə planlı yanaşma və operativlik
  • Etik davranış qaydalarına əməl etmək
  • Təşkilatçılıq, vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
  • MS Office proqramları (Excel, Word, PowerPoint) Outlook və s. İşləmək bacarığı

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
fed.az

1Mənbələr