AZ

Harris debatdan sonra populyarlıq baxımından Trampdan uzaqlaşır

ABŞ prezidentliyinə namizəd Kamala Harris son debatdan sonra milli səviyyədə populyarlıq baxımından rəqibi Donald Trampı qabaqlayır.

32gun.az xəbər verir ki, bu, Reuters və Ipsos- un sorğusundan irəli gəlir. 

Sorğunun nəticələrinə görə, Harrisin reytinqi 47%, Trampın reytinqi isə 42% təşkil edir.

Debat haqqında ən azı bir şey eşitdiyini bildirən seçicilərin 53%-i Kamala Harrisin qalib gəldiyini bildirib. Donald Trampın qazandığı mövqeyi respondentlərin 24%-i bölüşür.

Bundan əlavə, respondentlərin 52%-i Trampın tədbir zamanı kəkələdiyini və inandırıcı görünmədiyini, amerikalıların isə 21%-i Harris haqqında belə deyib.

İlk Tramp-Harris debatı sentyabrın 10-da baş tutub. Respublikaçı hələ inauqurasiyadan əvvəl Ukraynadakı münaqişəyə son qoyacağına söz vermişdi və Harris buna cavab olaraq Putinin Trampı “naharda yeyəcəyini” söyləyib.

Tədbirdən sonra CNN-in sorğusu müəyyən edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun rəqibi Kəmalə Harris arasında keçirilən seçki debatını izləyən amerikalı seçicilərin yarıdan çoxu (63%) Harrisin tədbirdə Trampı “üstün etdiyini” düşünür.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
32gun.az

6Mənbələr