AZ

Üç min şəhidlə bağlı məlumat "Wikipedia"dan silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr "Wikipedia"dan silinib”.

Publika.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas çıxış edib.

O, üç min şəhidlə bağlı məlumatların "Wikipedia"dan tamamilə silindiyini "Facebook" hesabında yazıb:

“Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, "Wikipedia"dan silinir”.

Məsələ ilə bağlı “Qafqazinfo” "Wikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə ilə əlaqə saxlayıb.

İnzibatçı bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və "Wikipedia"da verilib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
13
publika.az

10Mənbələr