AZ

"Eurovision"un analoqunun keçiriləcəyi TARİX AÇIQLANDI

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Eurovision"un analoquna çevrilməsi nəzərdə tutulan “İntervision” beynəlxalq müsabiqəsinin nə vaxt keçiriləcəyini açıqlayıb.
 
Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə o, “Paraqraf” nəşrinə məlumat verib.
 
Onun sözlərinə görə, tədbir 2025-ci ilin sentyabr ayına planlaşdırılıb.
 
""İntervision" müsabiqəsi 2025-ci ildə, sentyabr ayında baş tutacaq. Hazırda aktiv hazırlıq işləri aparılır. Əminəm ki, biz çox maraqlı layihə alacağıq, artıq 20-yə yaxın ölkə orada iştirak etməyə hazırdır və maraqlananların sayı artır", - Şvıdkoy bildirib.
 
Daha əvvəl müsabiqənin Moskvada keçiriləcəyi məlum olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
moderator.az

4Mənbələr