AZ

İranda SEPAH ilə Ali dini lider arasında ciddi problem yaranmaqdadır

"İran həm də demoqrafik böhranla üz-üzə qalıb, ölkədə doğuş səviyyəsi kəskin azalıb, gənclərin əksəriyyəti İranı tərk etməyə can atır..."
 
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranın Ali dini lideri Əli Xamenei arasında getdikcə artan daxili gərginliyə təsir edən dörd amil mövcuddur.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Keyhan" qəzetinin sabiq baş redaktoru Əmir Tahirinin dərc edilən məqaləsində deylir. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Məqalədə o, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Ali dini lider Əli Xamenei arasında getdikcə artan münaqişə təsvir edilir. Əsas səbəb SEPAH-ın tərkibi və srukturunda hərbçilər arasında narazılıq doğuran dəyişikliklərdir.
 
SEPAH-da generalların çox olması
 
Son illər SEPAH-ın ali komanda tərkibində xüsusilə "sartip dovom", yəni kiçik briqada generalı rütbəsibdə artıq generallar təbəqəsi formalaşıb. Ahıl yaşına çatmış bu adamlar tez-tez gerçəkləşdirilməyən potensial hissi ilə təqaüdə çıxır.
 
Suriyadakı müharibə bir çox generala özünü göstərməyə, qoşunlara və İranyönümlü qruplaşmalara rəhbərlik etməyə, mükafatlar qazanmağa və əldə etməyə imkan verib. 
 
Lakin İsrailin müdaxiləsi səbəbindən xeyli sayda İran generallarının aradan götürülməsi belə fəaliyyəti təhlükəli edib, indi Suriyada xidmətini davam etdirmək istəyən hərbçilərin sayı getdikcə azalır.
 
SEPAH-da təmizləmələr
 
SEPAH üzərində nəzarətin mümkün itirilməsindən narahat olan Xamenei onun komanda heyəti arasında yeni təmizləmə dalğası planlaşdırır.
 
Bu tədbir hərbçilər arasında müqavimətlə üzləşir, çünki artıq 2019-cu ildə baş verdiyi kimi, narazı generalların loyal insanlarla əvəzlənməsinə yönəlib. 
 
Mümkündür ki, təmizləmələr "Mossad" agentləri ilə mübarizə adı altında keçirilsin, lakin əsl məqsəd Ali dini liderin əvəzlənməsi zamanı yetişdikdə hakimiyyətin maneəsiz ötürülməsidir.
 
SEPAH-a iqtisadi nəzarət
 
SEPAH İran iqtisadiyyatının xeyli hissəsinə nəzarət edir, bu da onun təsirini gücləndirir. SEPAH-la bağlı olan əhalinin təxminən 5 faizi ölkənin iqtisadi resurslarının əksəriyyətinə sahibdir. Buna baxmayaraq, SEPAH-ın döyüş qabiliyyəti istənilən səviyyədə deyil, bu da Xameneinin narazılığına səbəb olur.
 
Ordu ilə gərginlik və demoqrafik böhran
 
Həmçinin SEPAH-la xeyli dərəcədə az resurslara malik olan nizami ordu arasında münaqişə mövcuddur. Buna əlavə olaraq İran demoqrafik böhranla üz-üzədir, ölkədə doğum səviyyəsi kəskin surətdə azalıb və gənclərin əksəriyyəti İslam inqilabının ideallarını bölüşmür və İranı tərk etməyə can atır.
 
Bu amillər SEPAH-la İranın Ali dini lideri arasında artan gərginliyin əsasını yaradır, bunun da ölkədə siyasi və hərbi sabitlik üçün ciddi nəticələri ola bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
moderator.az

1Mənbələr