AZ

“Gürcü Arzusu”nun reklamını yayımlamayan kanal məhkəməyə verilib

Yayımlandı: 12 Sentyabr 2024 20:11 Komissiya hesab edir ki, videoçarxda zorakılığa çağırış yoxdur Gürcüstanın Milli Rabitə Komissiyası (GNCC) hakim “Gürcü Arzusu” Partiyasının müxalifət kanalı “Mtavari Arkhi”yə qarşı şikayətini təmin edib və siyasi reklamlarını yayımlamadığı üçün televiziyaya qarşı pozuntu protokolu açıb. “OC Media” xəbər verir ki, çərşənbə günü GNCC, “Mtavari Arkhi” telekanalının reklam yerləşdirməməsinin Yayım Qanundakı nifrət “nitqinin yayılması qadağası”na zidd ola biləcəyini söyləyib. Seçkiqabağı dövrdə bütün ictimai yayımçılardan tələb olunur ki, seçkilərdə iştirak edən seçicilərə pulsuz reklam vaxtı ayırsınlar. Telekanallar heç bir reklamın məzmununa görə məsuliyyət daşımır. Yerli KİV-in məlumatına görə, “Mtavari Arkhi”nin yayımlamaqdan imtina etdiyi hakim partiyanın seçki videosunda vətəndaş fəallarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, keçmiş və indiki siyasətçilərin ağ-qara fon şəkilləri, ön planda isə “YOX!” sözü əks olunub. Yəni, “mənəvi degenerasiya” və “Qaranlıq keçmişə yox!”. Görüntülərdə keçmiş Baş nazir və hazırda müxalifətdə olan “Gürcüstan Naminə” Partiyasının lideri, “Gürcü Arzusu”nun üzvü Giorgi Qaxariya da var. GNCC-yə görə, “müzakirəli siyasi reklam nifrət və ya zorakılığa təhrik etmir və zorakılığa çağırmır”. “Seçki orqanı tərəfindən hazırlanmış videoçarx siyasi qurumun seçki baxışını təqdim etməyə xidmət edir”, – deyə məlumatda bildirilir. “Buna görə də təqdim olunan videoçarx mövcud qanunvericiliyin tələblərini pozmur və yayımçı onu yayımlamağa borcludur”. “Azadlıq” radiosu bildirib ki, GNCC məhkəməyə inzibati xəta haqqında protokol göndərib və indi məhkəmə hansı sanksiya tətbiq edəcəyinə və telekanalı inzibati məsuliyyətdən azad edib-etməməsinə qərar verməlidir. İyulun 25-də GNCC mübahisəli xarici agentlər qanununu dəstəkləyən deputatların siyahısının daxil olduğu videonu yayımladığı üçün “Mtavari Arkhi”-yə sanksiya tətbiq etmişdi. “Komissiya hesab edib ki, videoçarxlar 2024-cü il oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində potensial iştirak edən siyasi birliklərin və onların nümayəndələrinin seçkilərinə maneə olub və buna görə də videoçarxlar siyasi reklam kimi təsnif edilib”, – deyə GNCC-nin rəsmi açıqlamasında qeyd olunub. “Mtavari Arkhi”nin nümayiş etdirdiyi bir dəqiqəlik video kollajda “Bilin ki, deputatlar Rusiya qanununu imzalayıblar” başlığı, ardınca parlament çoxluğunun üzvlərinin adları ilə şəkilləri yer alıb. “Son bir ildə “Mtavari Arkhi”nin analoji pozuntuya görə sanksiyaya məruz qalmaması səbəbindən komissiya yayımçıya yazılı xəbərdarlıq edib və ona videoların dərhal yayım şəbəkəsindən silinməsi barədə göstəriş verib”, – komissiyanın açıqlamasında deyilir. Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
xural.com

1Mənbələr