AZ

“Stoltenberg Münhen konfransının yeni sədri olacaq” – “Politico”


“Oktyabrın 1-də NATO-nun baş katibi vəzifəsində işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.
Mənbə izah edib ki, 2022-ci ildə sədr vəzifəsinə gələn Kristof Hoysgen bu vəzifəni tərk edəcək, keçmiş uzunmüddətli lider Volfqanq İşinqer isə Münhen Təhlükəsizlik Konfransı Fondunun İdarə Heyətinin prezidenti olaraq qalacaq.
Qeyd edək ki, Norveçin keçmiş baş naziri Stoltenberq 2014-cü ildən NATO-nun baş katibidir. Onun mandatı sentyabrın 30-da başa çatır. Oktyabrın 1-dən Stoltenberqi Niderlandın keçmiş baş naziri Mark Rutte əvəz edəcək.
Münhen Təhlükəsizlik Konfransı hələ məlumatı şərh etməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
7
yeniavaz.com

10Mənbələr