AZ

Avropa İittifaqı “həbslərdən narahat”dır, Bakı üçün isə bu, “daxili işə qarışmaq”dır

Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və digər fəalların həbsindən narahat olduğunu bildirib.

Qurum Azərbaycanı həm də işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla bağlı məsələləri həll etməyə çağırıb.

Azərbaycan isə bu bəyanatı "daxili işə qarışmaq" kimi qiymətləndirir.

"COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu bəyanata cavabında deyib.

Ötən ildən bəri Azərbaycanda təxminən 20 jurnalist, hüquq müdafiəçisi, ictimai fəal müxtəlif itihamlarla həbs edilib.

Onlar öz həbslərini peşə fəaliyyəti ilə bağlayıblar. Rəsmi Bakı bu ittihamları rədd edir.

Videonu Youtube-dan izləyin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bbc.com

1Mənbələr