AZ

"Eurovision"un analoqunun keçiriləcəyi TARİX AÇIQLANDI

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Eurovision"un analoquna çevrilməsi nəzərdə tutulan “İntervision” beynəlxalq müsabiqəsinin nə vaxt keçiriləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, “Paraqraf” nəşrinə məlumat verib.

Onun sözlərinə görə, tədbir 2025-ci ilin sentyabr ayına planlaşdırılıb.

""İntervision" müsabiqəsi 2025-ci ildə, sentyabr ayında baş tutacaq. Hazırda aktiv hazırlıq işləri aparılır. Əminəm ki, biz çox maraqlı layihə alacağıq, artıq 20-yə yaxın ölkə orada iştirak etməyə hazırdır və maraqlananların sayı artır", - Şvıdkoy bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
publika.az

4Mənbələr