AZ

Stoltenberqin yeni vəzifəsi bəlli oldu

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq Münhen TəhlükəsizlikKonfransının yeni sədri olacaq.

Trend xəbər verir ki, bubarədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilinfevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.

Bildirilib ki, 2022-ci ildə sədr vəzifəsini icra edən KristofHeusgen bu vəzifəni tərk edəcək, keçmiş uzunmüddətli lider Volfqanqİşinqer isə Münhen Təhlükəsizlik Konfransı Fondunun İdarə Heyətininprezidenti olaraq qalacaq.

Qeyd edək ki, Norveçin keçmiş Baş naziri Stoltenberq 2014-cüildən NATO-nun Baş katibidir. Onun mandatı sentyabrın 30-da başaçatır. Oktyabrın 1-dən Stoltenberqi Niderlandın keçmiş baş naziriMark Rutte əvəz edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
15
az.trend.az

10Mənbələr