AZ

Stoltenberqin yeni vəzifəsi bəlli oldu

NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.

Bildirilib ki, 2022-ci ildə sədr vəzifəsini icra edən Kristof Heusgen bu vəzifəni tərk edəcək, keçmiş uzunmüddətli lider Volfqanq İşinqer isə Münhen Təhlükəsizlik Konfransı Fondunun İdarə Heyətinin prezidenti olaraq qalacaq.

Qeyd edək ki, Norveçin keçmiş Baş naziri Stoltenberq 2014-cü ildən NATO-nun baş katibidir. Onun mandatı sentyabrın 30-da başa çatır. Oktyabrın 1-dən Stoltenberqi Niderlandın keçmiş baş naziri Mark Rutte əvəz edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
8
qafqazinfo.az

10Mənbələr