AZ

Stoltenberq NATO-dakı səlahiyyət müddətini başa vurduqdan sonra yeni vəzifə alacaq - Politico

Yens Stoltenberq oktyabrın 1-də NATO-nun baş katibi postunu tərk edəcək. Gələcəkdə o, Münhen Təhlükəsizlik Konfransına rəhbərlik edəcək.

Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, Stoltenberqin 2025-ci ilin fevralında keçiriləcək növbəti konqresindən sonra Münhen Təhlükəsizlik Konfransının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Təhlükəsizlik forumunun hazırkı rəhbəri Kristof Qoysgen bu vəzifəyə  2022-ci ildə başlayıb.

Eyni zamanda, uzun müddət Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının prezidenti vəzifəsində çalışan Volfqanq İşinqer öz vəzifəsini qoruyacaq.

Qeyd edək ki, Norveçin keçmiş baş naziri Yens Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edirdi.  Oktyabrın 1-dən onu Hollandiyanın keçmiş baş naziri Mark Rutte vəzifəsində əvəz edəcək.

QAZİLER.AZ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
15
qaziler.az

10Mənbələr