AZ

Məhəmmədəli Qəribli "Veysəloğlu Şirkətlər Qrupu"nun Mətbuat Xidmətinin rəhbəri təyin edilib

Image

Tanınmış jurnalist Məhəmmədəli Qəribli bundan sonrakı fəaliyyətini "Veysəloğlu Şirkətlər Qrupu"nun Mətbuat Xidmətinin rəhbəri kimi davam etdirəcək. Bu barədə məlumatı “Bakı-Xəbər”ə  jurnalistin özü verib: "Bundan sonrakı fəaliyyətimi "Veysəloğlu Şirkətlər Qrupu"nun (VŞQ) Mətbuat Xidmətinin rəhbəri kimi davam etdirəcəm. Artıq sentyabr ayının əvvəlindən yeni vəzifəmin icrasına başlamışam. Şirkət və ona aid olan biznes subyektləri böyük və əhatəli olduğu üçün, yeni iş yerimdə bir qədər adaptasiya olunmağım, strukturla ətraflı tanışlığım lazımdır.

Hələlik bu proses uğurla davam edir. Çalışacayıq ki, "Veysəloğlu Şirkətlər Qrupu" ilə media münasibətləri bundan sonrakı mərhələdə daha səmərəli və effektiv məcrada davam etsin. Media nümayəndələrinin şirkəti əhatə edən mövzularla bağlı istənilən suallarını, günün istənilən saatında cavablandırmağa hazıram. Əminəm ki, hömətli  həmkarlarımız bu əməkdaşlığa dəyərli töhfələrini əsirgəməyəcəklər". Qeyd edək ki, Məhəmmədəli Qəribli uzun müddət media sahəsində çalışıb. Sonuncu iş yeri “Bakı-Xəbər”  Media Qrupu olub.






Seçilən
44
9
baki-xeber.com

10Mənbələr