AZ

Millimiz (U-17) Türkiyə yığması ilə heç-heçə edib

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Millimiz oyunu bu heyətlə keçirib: Rauf Əyyubov, İbrahim Xəlilov, Zeyd Nasirulla (Elnur Abdullayev, 74), Fərid Cabbarlı, Həzrət Səmədov, Murad Qurbanov, Vüsal Kərimov, Əli Qazibəyov, İbrahim Babayev, Əli İbrahim (Rəvan Teymurov, 74), İslam Həsənov (Abdulaziz Cabbarlı, 74).
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
9
affa.az

10Mənbələr