AZ

"Mastercard" kibertəhlükəsizlik üçün 2,65 milyard dollar xərcləyəcək

"ABŞ"nin maliyyə xidmətləri şirkəti Mastercard 2,65 milyard dollara "Recorded Future" kibertəhlükəsizlik şirkətini almağa razılaşıb.

Redaktor.az xəbər verir ki, şirkətdən verilən açıqlamada  satın almanın 2025-ci ilin birinci rübündə başa çatdırılmasının gözlənildiyi bildirilib.

Açıqlamada "Recorded Future"un 45 ölkənin hökumətləri və "Fortune 100" şirkətlərinin yarısından çoxu olmaqla 75 ölkədə 1900-dən çox müştərisinin olduğu və bu alışın "Mastercard"ın şəxsiyyətinə, saxtakarlığın qarşısının alınmasına, real vaxt rejimində qərarların qəbulu və kibertəhlükəsizlik xidmətlərinə faydalı olacağı qeyd olunub.

Sevinc İBRAHİMZADƏ

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
redaktor.az

1Mənbələr