AZ

4 ölkənin səfirləri İran XİN-ə çağırıldı

Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirləri İranın Rusiyaya raket göndərdiyi iddiası ilə bağlı məlumatlara görə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə İranın "Mizan" agentliyi məlumat yayıb.

Sentyabrın 7-də CNN telekanalı mənbələrə istinadən İranın Ukraynada istifadə etmək üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyünü iddia edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə məlumatların çox vaxt həqiqətə uyğun olmadığını bildirib.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
unikal.az

10Mənbələr