AZ

Elnur Rzayev şəhid qardaşının toyunda

Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Rəvan Şahmuradovun qardaşının toy məclisi keçirilib.
Xaçmaz rayonunun Şərifoba kəndində Vətən müharibəsi şəhidi Rəvan Şahmuradovun qardaşı Rahib Şahmuradovun toy məclisi keçirilib. Toy məclisində şəhidin ailə üzvləri ilə bərabər Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başcısı Elnur Rzayev ailə həyatı quran bəy və gəlinin valideyinlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və can sağlığı arzu edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
xalq.az

1Mənbələr