AZ

Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib (FOTO)

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair XalqDemokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyinolunmuş səfiri Zəkiyyə İğılı qəbul edib.

XİN-dən Trend-ə verilənməlumata görə, görüşdə, Azərbaycan və Əlcəzair arasında mövcudəməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, habelə regional vəqlobal məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə səfir Zəkiyyə İğılıürəkdən təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzuedib.

Cari ilin ölkələrimiz arasında diplomatik münasibətlərinqurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edən nazirCeyhun Bayramov, bu illər ərzində əməkdaşlığımızın inkişafındaqarşılıqlı səfərlərin, habelə intensiv siyasi dialoqun əhəmiyyətlirol oynadığını diqqətə çatdırıb. Bir sıra istiqamətlər, o cümlədəniqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar və s., üzrəəməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğu, buxüsusda imkanların müzakirəsi istiqamətində siyasi məsləhətləşmələrmexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslamƏməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlıdəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsininəhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi 44 günlük Vətənmüharibəsindən sonra bölgədə mövcud vəziyyət, postmünaqişə dövrününreallıq və çağırışları, işğaldan azad olunmuş ərazilərdə aparılangenişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan vəErmənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflıməlumatlandırıb. İstər keçmiş münaqişə, istərsə də postmünaqişədövründə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazibütövlüyü və suverenliyimizə göstərilən dəstəyə görə Əlcəzairtərəfinə təşəkkür edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun
Ceyhun
Ceyhun
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
46
az.trend.az

10Mənbələr