Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai 1-ci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb.
Mia.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.