AZ

NATO Rusiya ilə bağlı Kiyevə kəşfiyyat məlumatları ötürür

NATO mütəxəssisləri Rusiya ərazisində mülki hədəflərə zərbələrin endirilməsini koordinasiya edir, Kiyevə silahlarla yanaşı, onların hərbi və kosmik kəşfiyyat məlumatlarını da ötürür.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiyalı nazir qeyd edib ki, bunlar yaşayış binaları, həyatı təmin edən obyektlər, enerji infrastrukturu, sənaye infrastrukturu və sosial obyektlər - məktəblər, uşaq bağçaları, poliklinikalardır.

O, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində dinc sakinləri öldürdüyü iddia edilən görüntüləri nümayiş etdirib.

Rusiya hesab edir ki, Qərb Kiyevin Rusiya Federasiyasına uzaqmənzilli silahlarla endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri çoxdan aradan qaldırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
publika.az

1Mənbələr