AZ

Türkiyənin ən gözəl qızı o seçildi - SƏFİRİN QIZI

“Miss Türkiyə 2024” müsabiqəsinin qalibi bəlli olub. Türkiyənin ən gözəl qızı seçilən İdil Bilgenin atasının Kiyev səfiri Mustafa Levent Bilgen olduğu məlum olub.

“Miss Türkiyə 2024” yarışmasında yüzlərlə namizəd arasından seçilərək finala yüksələn 20 gözəl ötən axşam birincilik tacı üçün podiuma çıxıb.

İstanbulun Haliç qəsəbəsindəki oteldə keçirilən final gecəsində namizədlər birincilik uğrunda mübarizə aparıb.

Münsiflər kürsüsündə Berfu Yenenler, Selen Soyder, Gizem Karaca, Amine Gülşe və Neşe Erberk yer alıb və gecədə yarışan 20 gözəl arasından “Miss Turkey Top 5” seçilib. Cemre Üker 8 nömrə, Melissa Öykü Yorulmaz 9 nömrə, Candan Şeviktürk isə 11 nömrə olub.

Gecənin sonunda 2 nömrə ilə yarışan İdil Bilgen Türkiyənin ən gözəl qızı seçilib.

Qoç Universitetinin Tibb fakültəsinin məzunu İdil Bilgenin atasının səfir olduğu öyrənilib.

Qeyd edək ki, İdil Bilgenin atası 2023-cü ilin oktyabrından Türkiyənin Kiyevdəki səfiri vəzifəsində çalışan Mustafa Levent Bilgendir.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
news365.az

1Mənbələr