AZ

Masallıda "Statistik məlumatlardan istifadə olunması" mövzusunda seminar-müşavirə keçirilib - FOTO

Masallı Rayon Statistika İdarəsində "Statistik məlumatlardan istifadə olunması" mövzusunda seminar-müşavirə keçirilib.                Asiya.az xəbər verir ki, seminar-müşavirə Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.Seminarda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, idarə, müəssisə və təşkilatların statistik hesabat təqdim edən məsul əməkdaşlarının iştirakı edib.    .Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə statistik məlumatların yayılması sahəsində siyasətin səmərəliliyini həm hazırlanan statistik məlumatların vaxtlı-vaxtında olmasını, həm də bu məlumatların nə dərəcədə reallığı əks etdirməsini, onların dəqiqliyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. O, statistika orqanlarına nüfuzun artmasında və ona olan inamın yüksəlməsində Kütləvi İnformasiya vasitələrinin əhəmiyyətli rola malik olduğunu qeyd etmişdir.Masallı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Əli Məmmədov çıxış edərək Statistika İdarəsinin rəhbərliyinə bu seminar-müşavirənin keçirilməsinə görə təşəkkürünü bildirmiş, rəsmi statistika məlumatlarının hal-hazırda dövlət səviyyəsində müvafiq tələbatların ödənilməsi üçün zəruri ehtiyaca çevrildiyini qeyd etmişdir.Masallı Rayon Statistika İdarəsinin məsləhətçisi Elmin Əliyev çıxış edərək müşavirə iştirakçılarının diqqətinə Dövlətstatkomun rəsmi veb saytında (stat.gov.az) yerləşdirilmiş elektron xidmətlər barəsində məlumat vermiş, ASİS-Azərbaycan Statistik İnformasiya Sistemindən məlumatların əldə olunmasını praktiki olaraq izah etmiş, tematik xəritələrdən istifadə qaydalarını göstərmişdir. Statistik məlumatların istifadəçiləri, məlumatların vizulyasiya üsulları, statistik nəşrlərin əldə olunması qaydaları müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və geniş diskursiya aparılmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
asiya.az

4Mənbələr