AZ

Paşinyan: Yalnız iki şeyi sürətli bacarırıq- maşın sürmək və yemək

Ermənistanın baş naziri Nikol Paşinyan diqqət çəkən fikirlər səsləndirib.

“İki sahil” xəbər verir ki, o, hökumətin iclasında çıxışı zamanı xalqının iki şeyi tələsik etməyi yaxşı bacardığını deyib: "Yalnız iki şeyi tez etməyi bilirik. Bunlar maşın sürmək və yeməkdir. Ermənilər başqa şeydə o qədər də yaxşı deyillər. Ölkəmizdə hər şey çox ləng gedir. Hökumət olaraq da biz yavaş hərəkət edir, ləng şəkildə düşünürük, qərar vermə prosesimiz də tez həyata keçmir".

O qeyd edib ki, hökumətdə təmsil olunanların vəziyyəti təhlil etmək və anlamaq qabiliyyəti də ürəkaçan deyil: "Düşdüyümüz durumlara reaksiya vermək mentalitetimiz də təcili yardım maşınlarımız kimi yavaş işləyir. Sürət lazımdır, sürət peşəkarlığın bir hissəsidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
ikisahil.az

1Mənbələr