AZ

61 santimetrlik dəmir üzərinə yıxılan qadın SAĞ QALDI

Hindistanda yaşlı qadın inək ucbatından 61 santimetrlik dəmir çubuğun üzərinə yıxılaraq sağ qalıb.

Medianews.az xəbər verir ki, bu barədə Daily Mail yazır.

65 yaşlı qadının dediyinə görə, o, yağış yağanda və artıq hava qaralarkən inəyi otlaya çıxarıb.

Heyvan qadının biləyinə bağlanmış kəndirlə yeriyərkən qəflətən həyəcanlanıb və sahibini zorla özü ilə birlikdə dartıb. Qadın ona müqavimət göstərə bilməyib, palçığın üstünə sürüşüb və kürəyi ilə yerdən çıxan paslı dirəyə yıxılıb.

Çubuq qadını düz bağırsağından deşsə də, orqanlara və qan damarlarının divarlarına toxunmayıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. İki saatlıq əməliyyatdan sonra dirəyi onun içindən çıxara biliblər.

Qadına tetanoza qarşı peyvənd vurulduğu, infeksiyanın bədəninə yayılma təhlükəsi ilə əlaqədar antibiotiklər təyin edildiyi vurğulanır. Ona ilişən dirək təkcə pasla deyil, həm də kir və inək peyini ilə örtülüb. On gündən sonra xəstə evə qayıda bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
medianews.az

1Mənbələr