AZ

Heydər Əliyev Fondu Müqəddəs Pavel Bazilikasını bərpa edəcək

Vatikandakı Müqəddəs Pavel Bazilikası tezliklə bərpa olunacaq - bu, Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Müqavilə artıq Azərbaycan və Vatikan nümayəndələri tərəfindən imzalanıb.

Müvafiq sazişi Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğunun rəhbəri kardinal Fernando Verqes Alsaqa imzalayıblar.

Xatırladaq ki, Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindən biridir. 1980-ci ildə “UNESCO”-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.

2012-ci ildə Azərbaycan Vatikanda ölkənin mədəniyyətlərarası dialoq və əməkdaşlığa sadiqliyini vurğulayan sərgi təşkil edən ilk müsəlman ölkəsi oldu. Sərgidə Azərbaycanın mədəni və humanitar təşəbbüsləri, o cümlədən xristian abidələrinin qorunub saxlanması səyləri təqdim olunub.

Azərbaycan ilə Vatikan arasında əməkdaşlıq qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi və bütün xalqların mədəni irsinin qorunub saxlanılması nümunəsi kimi müasir dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti barədə müsbət siqnal verir.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
oxumeni.az

1Mənbələr