AZ

“Premium Bank”ın depozitlərində 38 milyon manatlıq “ərimə” - Şirkətlər depozitlərini çəkirlər

“Premium Bank”ın bu ilin yanvar-iyul aylarında depozitlərinin həcmi 387 milyon 953 min manat olub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 38 milyon 817 min manat və ya 9 % azdır. 
2023-cü ilin sonunda bankda depozitlərin həcmi 426 milyon 770 min manat təşkil edib.

Bu ilin hesabat dövründə “Premium Bank”ın fiziki şəxslərin depozitlərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 7 milyon 174 min manat və ya 2,1 % azalaraq  323 milyon 683 min manat təşkil edib. 2023-cü ilin sonunda bankda fiziki şəxslərin depozitlərinin həcmi 330 milyon 857 min manat olub. 

Hüquqi şəxslərin depozitlərinin həcmi 64 milyon 270 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 31 milyon 643 min manat və ya 33% azdır. 

2023-cü ilin sonunda bankda hüquqi şəxslərin depozitlərinin həcmi 95 milyon 913 min manat təşkil edib. 

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
valyuta.az

1Mənbələr