AZ

Karateçi məşq zamanı öldü

Rusiyada 14 yaşlı uşaq karate məşqi zamanı dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Mənbənin sözlərinə görə, sparrinq döyüşündən dərhal sonra tələbə qəfil huşunu itirib. Hadisə yerinə gələn həkimlər uşağı xilas edə bilməyiblər.

Mərhumun hadisədən bir neçə gün əvvəl tibbi müayinədən keçdiyi və tam sağlam olduğu qeyd edilir. O, məşq zamanı heç bir ciddi zərbə almayıb. Ölümün səbəbi yalnız tibbi-ekspertizadan sonra bəlli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
publika.az

1Mənbələr