AZ

Lamiyə Vəliyeva kimdir? - Dosye

Lamiyə Rövşən qızı Vəliyeva 5 aprel 2002-ci ildə anadan olub.

Azerforum.com xəbər verir ki, o, 2015-ci ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir.

Vəliyeva 2024-cü ildə Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarının final mərhələsində 100 metr məsafəni 11,76 saniyəyə qət edərək 2-ci dəfə Paralimpiya çempionu olub. O, həmçinin bu göstərici ilə Rio-2016 Paralampiyasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leyla Acametovanı qabaqlayaraq yeni dünya rekordunu müəyyənləşdirib.

 Lamiyə Vəliyeva Yay Paralimpiya Oyunlarındakı yüksək nailiyyətlərinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Prezidentin eyni tarixli sərəncamı ilə o, həmçinin Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 və ikinci yeri tutduğuna görə 100 000 manat pul mükafatı ilə mükafatlandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
azerforum.com

1Mənbələr