AZ

ABŞ İranın “Fath 360” ballistik raketlərini Rusiyaya tədarük etdiyini təsdiqləyib

ABŞ İranın “Fath 360” yaxın mənzilli ballistik raketlərini Rusiyaya tədarük etməsi ilə bağlı xəbərləri təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi general-mayor Patrik Rayder keçirilən brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi “Fath 360” raketlərinin təxminən 75 mil mənzillə malik olduğuna inanır.

Qeyd olunub ki, “Fath 360”ların Rusiyaya verilməsi onlara başqa məqsədlər üçün daha uzun mənzilli və inkişaf etmiş raketləri ehtiyatda saxlamağa imkan verəcək.

Eyni zamanda, bu raketlər Rusiyanın öz arsenalını dərinləşdirməsinə də şərait yaradacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
poliqon.az

1Mənbələr