AZ

Ucuz neft Aİ və ABŞ iqtisadiyyatını xilas edə bilər

Son dövrlərdə dünya neft bazarında baş verən qiymət dəyişiklikləri, xüsusən də Brent markalı neftin qiymətinin 70 dolların altına düşməsi, qlobal iqtisadiyyata müsbət təsir göstərə bilər. Ekspertlərin fikrincə, neft qiymətlərinin azalması inflyasiyanın yavaşlamasına və Qərb mərkəzi banklarının pul siyasətini yumşaltmağına imkan tanıyır.

Fins.az xəbər verir ki, JPMorgan və Citigroup analitikləri, gələn il neft qiymətlərinin daha da azalmasını proqnozlaşdırır. Bunun səbəbi isə dünya iqtisadiyyatının mülayim artımı ilə yanaşı, tədarükün artmasıdır. Bu vəziyyət, ABŞ və Avropa İttifaqı üçün iqtisadi müsbət dəyişikliklərə yol aça bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
fins.az

1Mənbələr