AZ

ABŞ şokda: Bayden üzərində “Tramp 2024” yazılmış şapka taxdı

ABŞ prezidenti Co Bayden 11 sentyabr 2001-ci il hücumlarının 23-cü ildönümündə amerikalılarla görüşdüyü tədbirdə "Tramp 2024" yazılmış papaq taxıb.

Publika.az xəbər verir ki, Bayden 11 sentyabr 2001-ci il hücumlarını anmaq üçün Pensilvaniya ştatındakı Şenksvill Yanğın Stansiyasında amerikalılarla görüşüb.

Mətbuata qapalı keçirilən tədbirdə Baydenin ABŞ-ın keçmiş prezidenti və prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyən şəxslə danışdığı görülüb. O, daha sonra həmin şəxsin “Tramp 2024” yazılmış papağını götürərək öz başına taxıb.

Sosial mediada paylaşıldıqdan sonra sürətlə yayılan görüntülər Respublikaçılar Partiyası tərəfdarları arasında trend mövzusuna çevrilib. Partiyanın seçki kampaniyasının “X” sosial media hesabında Baydenin bu şəkli yerləşdirilərək “Dəstək üçün təşəkkürlər, Co!” yazılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
publika.az

2Mənbələr