AZ

Bakıda qalib olmuş pilot: "Sabah ciddi sınaq olacaq"

"Bakıdakı yarışı səbirsizliklə gözləyirəm".
Sport24.az xəbər verir ki, bu sözləri "Alpha Tauri" komandasının pilotu Daniel Rikkardo sabah start götürəcək Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
 
Avstraliyalı sürücü yarışın komandası üçün vacib olduğunu bildirib: "Bu, əsl trekdir. Yarış zamanı cəld və doğru qərar verməlisiniz. Komandamız Faentsa şəhərində əlindən gələni etdi. İndi bəzi yenilikləri sınamaq üçün səbirsizlənirəm. Ciddi sınaq olacaq, amma əminəm ki, bir neçə xal toplayacağıq".
 
Qeyd edək ki, Daniel Rikkardo 2017-ci ildə "Red Bull" komandasının heyətində Azərbaycan Qran-Prisinin qalibi olub. Formula 1 Azərbaycan Qran-Prisi-2024 sentyabrın 13-15-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
sport24.az

1Mənbələr